CƏMİYYƏT
Vətəndaş məmnunluğunun təmin olunması prokurorluq orqanları üçün prioritet məsələdir
Bakı, 7 sentyabr, AZƏRTAC
Ölkəmizdə vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin müsbət həlli, habelə vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində prokurorluq orqanları tərəfindən daim kompleks tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun sosial şəbəkə hesablarında paylaşımların şərh bölmələrində, eləcə də birbaşa məktub vasitəsilə prokurorluq orqanlarına şikayət edərək müraciəti müsbət həll olunmuş çoxsaylı vətəndaşlar məmnunluqlarını ifadə edirlər.
Bununla əlaqədar Baş Prokurorluğun mətbuat xidməti tərəfindən #sözvətəndaşda həştəqi altında videoların hazırlanaraq ictimaiyyətə təqdim olunması qərara alınıb.
Əminliklə bildiririk ki, vətəndaş məmnuniyyətinin təmin olunması prokurorluq orqanları üçün hər zaman prioritet məsələdir.