ELM VƏ TƏHSİL
“Vətəndaş müraciətləri” xidmətinin istifadəsinə dair videotəlimat hazırlanıb
Bakı, 24 iyun, AZƏRTAC
“Vətəndaş müraciətləri” xidmətindən yararlana bilmək üçün nazirlik tərəfindən videotəlimat hazırlanıb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə portal.edu.az platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.