CƏMİYYƏT


Vətəndaşa bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 18 sentyabr, AZƏRTAC 

Paytaxt polisi vətəndaşa bıçaqla bədən xəsarət yetirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, sosial şəbəkələrdə videogörüntüləri yayılan ictimai təhlükəli əməl şəxsi münasibətlər pozulması zəminində baş verib. Bakı şəhər sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar aparılır, ictimai təhlükəli hadisənin təfərrüatları öyrənilir. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.