CƏMİYYƏT


Vətəndaşdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Bərdə Rayon Polis Şöbəsinə avqustun 23-də rayon sakini olan bir qızın videogörüntülərinin və fotoşəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 1000 manat məbləğində pul tələb edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.