CƏMİYYƏT
Vətəndaşı bıçaqla hədələyərək onun 7400 manat pulunu və mobil telefonlarını alan şəxs tutulub
Bakı, 7 noyabr, AZƏRTAC
Nərimanov rayonunda quldurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin və rayon polis idarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də rayon ərazisində Bakı şəhər sakini E.Məmmədovu bıçaqla hədələyərək 7400 manat məbləğində pulunu və iki ədəd mobil telefonunu almaqda şübhəli bilinən Füzuli rayon sakini S.Quliyev tutulub.
Quldurluq hadisəsini törətməkdə şübhəli bilinən daha bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.