CƏMİYYƏT
Vətəndaşlar fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə məlumatlandırılıb




Bakı, 10 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçiriblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən 3 saylı Şəhər Poliklinikasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 11 illik musiqi məktəbində, Şimal Regional Mərkəzi tərəfindən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayonu S.M.Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə regional “ASAN xidmət” mərkəzində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı şəhər M.R.Xanıyev adına 3 nömrəli tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.
Məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq məlumatların verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.