Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaşlar yazırlar: Biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, xalqını sevən Prezidentimiz var

Vətəndaşlar yazırlar: Biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, xalqını sevən Prezidentimiz var

Bakı, 11 dekabr, AZƏRTAC

Rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də bir sıra digər ölkələrin vətəndaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

“Siz, Azərbaycan xalqının Milli Qəhrəmanı, tarix yazan qalib Sərkərdəsi, ən çox dəstəyə layiq olan Prezidenti və Müzəffər Ali Baş Komandanısınız”

Şirvan şəhərinin sakini Vüsal İbrahimov yazır: “Möhtərəm cənab Prezident, bizim Vətən müharibəsində Qələbəmizi şərtləndirən ən vacib məqam Ulu Öndərimizin xalqımızın çağırışı ilə Azərbaycanı bəlalardan xilas edərək modern və güclü iqtisadiyyatın təməlini qoyması, Sizin bu siyasi xətti uğurla davam etdirməyinizlə güclü ordu quruculuğu formalaşdırılması oldu. Azərbaycan xalqının bəxti gözəl oldu, ona görə ki, bu xalqa, dövlətə və Vətənə xalqını sevən, onun uğrunda hər an gözünü qırpmadan bütün əziyyətlərə qatlanan və xalqın, dövlətin maraqlarını hər şeydən üstün tutan Ulu Öndərimiz və onun layiqli davamçısı - Siz, bizim liderimiz oldunuz. Vətən müharibəsində siyasi və hərbi Qələbəmizin uğurları Sizin siyasi iradənizə əsaslanır və eyni zamanda, rəhbəri olduğunuz müzəffər Ordumuzun gücü ilə zəfər çaldıq. Mən Sizin və Ordumuzun yanındayam. Möhtərəm cənab Prezident, xalqımıza silsilə qələbə sevinci yaşatdığınız, bütün beynəlxalq təzyiqlərə mərdcəsinə lazımi cavab verdiyinizə və Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyinizə görə Sizə sonsuz minnətdarlığımı ifadə etməklə qürur duyuram. Siz Azərbaycan xalqının Milli Qəhrəmanı, tarix yazan qalib Sərkərdəsi, ən çox dəstəyə layiq olan Prezidenti və Müzəffər Ali Baş Komandanısınız. Allah Sizi hər zaman zirvələrdə qərarlaşdırsın. Azərbaycanın bütün sahələrdə inkişafı uğrunda müqəddəs fəaliyyətinizdə yorulmaz uğurlar diləyirəm. Sizin kimi Prezidentimiz olduğuna, Sizin seçiciniz olduğuma görə çox məmnun və xoşbəxtəm”.

“Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz”

Neftçala rayonundan Eldar Əhmədovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən bir Azərbaycan vətəndaşı kimi Qələbə qazandığımız üçün çox sevinirəm və Sizi ailəmiz adından, şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Dövlətimiz və xalqımız üçün etdiklərinizə görə Sizə çox minnətdarıq. Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Əziz Prezidentimiz, əminik ki, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən uğurla gələcəyik. Allah Sizi qorusun!”.

“Siz Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz”

Ağsu rayonundan Elçin Zeynalov: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq Qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız. Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir. Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız. Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun! Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər. Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır. Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”.

“Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz”

Gəncə şəhər sakini Mürsəl Əliyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi uğrunda gedən Vətən müharibəsində qazandığımız Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizi bağrıma basıram. Bütün xalqımız kimi Sizinlə fəxr edirəm, Ordumuzla qürur duyuram. Döyüşdə qazandığımız Qələbəyə görə dövlətimizə, Ordumuza, ən başlıcası isə Sizə - Ali Baş Komandanımıza minnətdarıq. Allah Azərbaycan xalqını, Azərbaycan əsgərini qorusun, hörmətli Prezidentimizin kölgəsini Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Cənab Prezident, bu yolda Sizinləyik, Sizi ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, Sizi sevirik. Allah Sizi qorusun, eşq olsun Sizə. Siz dünyaya sübut etdiniz ki, Qarabağ Azərbaycandır! Siz bizim əbədi Prezidentimizsiniz. Mən arzu edirəm ki, Siz Azərbaycan xalqının Milli Qəhrəmanı adına layiq görüləsiniz, çünki Siz həqiqətən də bizim Milli Qəhrəmanımızsınız. Bir çox ölkələrin təsir və təzyiqlərinə baxmayaraq, həm hərb cəbhəsində, həm də informasiya cəbhəsində böyük nailiyyətlər qazandığınız bütün dünyaya məlumdur. Bütün xalqımız kimi mən də Sizin zəkanıza, Sizin hazırcavablığınıza heyranam. Bizi sevməyən jurnalistlərin dilini qurudanda Sizi bağrıma basmaq istəyirdim. Sizinlə fəxr edir, qürur duyuram. Bu gün bütün xalqımız da mənim kimi Sizinlə fəxr edir. Bütün xalqımızın arzusudur ki, Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görsünlər. Biz bunu ürəkdən arzu edirik. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş balalarımıza Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirik. Allah şəhidlərimizin valideynlərinə, bütün xalqımıza səbir versin. Müzəffər Ali Baş Komandan, mən Gəncə əhalisi adından, ailəmiz adından, yuxarıda göstərilənləri Sizə bildirməklə bu gün apardığınız dönməz siyasəti dəstəkləyir, hər zaman Sizin yanınızda olduğumuzu bildirir və Vətən yolunda, dövlətimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canımdan keçməyə hazır olduğumu, hər an döyüşə getməyə canla-başla hazır olduğumu bildirmək istəyirəm”.

“Biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, xalqını, millətini sevən Prezidentimiz var”

Şəkidən Məlahət Aslanova dövlətimizin başçısına yazır: “Müzəffər Ali Baş Komandan, Sizi və komandanlıq etdiyiniz rəşadətli Ordumuzu Qələbə bayramı münasibətilə ailəm və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə, ailənizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi, Ordumuzun əsgər və zabitlərini qorusun. Yaralı əsgərlərimizə Allahdan şəfa, şəhidlərimizə isə rəhmət diləyir, onların ruhları qarşısında baş əyirəm. Azərbaycan xalqının xilaskarı, qəhrəman oğlu, nəzərinizə çatdırmaq istəyirəm ki, mənim 10-cu sinifdə oxuyan nəvəm də könüllü olaraq müharibəyə getmiş və döyüşlərdə qəlpə yarası almışdır. Mən nəvəmlə fəxr edirəm və indi səbirsizliklə onun yolunu gözləyirəm. Əziz Ali Baş Komandanım, biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, xalqını, millətini sevən Prezidentimiz var. Allah Sizi qorusun, mən Sizinlə fəxr edirəm”.

“Siz bütün bu uğurlarınızla dünyada güclü, qüvvətli, yenilməz və mətin Azərbaycan obrazı yaratdınız”

Bakı Ali Neft Məktəbinin tələbələrinin məktubunda deyilir: “Möhtərəm cənab Prezident! Müzəffər Ali Baş Komandan, müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinin möhtəşəm qələbə ilə başa çatması hər bir azərbaycanlı kimi bizim də qəlbimizdə böyük qürur və iftixar hissi yaratmışdır. 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi şərəfli tariximizin ən mühüm hadisəsidir. 44 gün davam edən müharibədə beynəlxalq səviyyədə bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” sözləriniz xalqımızın haqq, ədalət uğrunda savaşının simvolu olaraq milli birliyimizi, bütövlüyümüzü və həmrəyliyimizi daha da gücləndirdi. Ali Baş Komandan kimi Sizin yüksək idarəçiliyiniz və böyük sərkərdəlik məharətinizlə idarə olunan Silahlı Qüvvələrimiz doğma torpaqlar uğrunda böyük fədakarlıq, əzm və qəhrəmanlıq nümayiş etdirdilər. Siz bütün bu uğurlarınızla dünyada güclü, qüvvətli, yenilməz və mətin Azərbaycan obrazı yaratdınız. Möhtərəm cənab Prezident, biz Vətən müharibəsinin davam etdiyi günlərdə Sizin imzaladığınız Sərəncamla Prezident təqaüdünə layiq görülmüş tələbə-gənclər olaraq Sizin intellektual əsgərlərinizik. Bu gün biz həm də qalib ölkənin vətəndaşı kimi işğal altında olan bütün torpaqlarımızın azadlığının şahidləriyik. Ancaq Sizin əmrinizlə bu şərəfli adı Müzəffər Ali Baş Komandanın sıravi əsgəri və şəhid adına dəyişdirməyə, Sizin intellektual əsgərləriniz olaraq bütün digər tapşırıqlarınızı da yerinə yetirməyə hazırıq. Bütün sahələrdə qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!”.

“Siz peşəkar, parlaq bir siyasətçi kimi müasir tarixdə ustadlıq nümunəsi oldunuz”

Rusiyanın Moskva şəhərində Tofiq Dadaşov yazır: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi, Azərbaycan xalqını və rəşadətli Ordumuzu böyük Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Yaxınlarımla birlikdə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan əməliyyatları həyəcan və qürurla izlədik. Xalqa müraciətləriniz və verdiyiniz çoxsaylı müsahibələr çoxmillətli Azərbaycan xalqını ətrafınızda daha da birləşdirdi, Qələbəyə inamı artırdı. Siz peşəkar, parlaq bir siyasətçi kimi müasir tarixdə ustadlıq nümunəsi oldunuz. Qalib Azərbaycan Ordusu isə müharibə şəraitində bütün dünyaya nəciblik və insanlıq dərsi keçdi. Hörmətli cənab Prezident, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə uğurlar arzulayıram”.

“Biz Sizinlə fəxr edirik, cənab Prezident!”

Gəncə şəhərindən Əhməd Məlikov yazır: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, xalqımıza, bütün dünya azərbaycanlılarına bəxş etdiyiniz möhtəşəm tarixi Qələbəyə görə Sizə minnətdarlığımızı bildiririk. Xoşbəxtik ki, bütün həyatını xalqının rifahı üçün sərf etməkdən yorulmayan, xalqı yumruq kimi birləşdirən, Azərbaycanın şanlı Qələbəsini tarixin səhifəsinə qızıl hərflərlə yazan cəsur, polad iradəli, siyasət meydanında yüksək idrak nümayiş etdirən Sizin kimi təcrübəli bir liderimiz var. Biz Sizinlə fəxr edirik. Tanrı Sizi qorusun!”.

“Azərbaycan Sizin illərdən bəri yorulmadan ölkəmizi inkişaf etdirməyinizin, işıqlı gələcək qurmağınızın sayəsində belə güclü oldu”

Saatlı rayonundan Yeganə Mehdiyeva və Şahzadə Osmanova yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycan Ordusu Vətən müharibəsində böyük zəfərini qazandı və bununla gücünü dosta da, düşmənə də göstərdi. Azərbaycan Sizin illərdən bəri yorulmadan ölkəmizi inkişaf etdirməyinizin, işıqlı gələcək qurmağınızın sayəsində belə güclü oldu. Möhtərəm Prezident, bizə yaşatdığınız Qələbə sevincinə görə Siz başda olmaqla bütün Azərbaycan xalqını təbrik edirik. Bu möhtəşəm hissləri yaşadığımıza görə Sizə minnətdarıq. Siz bizim əbədi Prezidentimizsiniz”.

“Düşmən üzərində qazanılmış tarixi Qələbə şəxsən Sizin müdrik siyasətinizin bəhrəsidir”

Quba rayonunun sakini Hilal Əhmədov yazır: “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, zəmanəmizin ən böyük və görkəmli şəxsiyyəti, müasir Azərbaycan Respublikasının qurucusu, ulu öndərimiz Heydər Əliyevin Milli Ordu quruculuğunda əldə etdiyi yüksək nailiyyət Sizin tərəfinizdən uğurla davam etdirilir. Azərbaycan Ordusu bu gün çox güclü, qüdrətli, müzəffər və yenilməz Orduya çevrilmişdir. Möhtərəm Prezident, cənab Ali Baş Komandan, müqəddəs torpaqlarımızı mənfur düşmən tapdağından azad edərək, amansız düşmən üzərində qazanılmış tarixi Qələbə şəxsən Sizin müdrik siyasətinizin bəhrəsidir. Allah Sizi xalqımızın xilaskarı olaraq yaratmışdır. Allah Sizi və xalqımızı qorusun! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

“Biz təbrizlilər Sizinlə fəxr edirik”

İranın Təbriz şəhərindən Kərim Xoşzarə: “Möhtərəm Prezident, Siz şərəfli bir insanın layiqli və şücaətli oğlusunuz. Biz təbrizlilər Sizinlə fəxr edirik. Mən şəxsən sevinirəm ki, Sizinlə eyni dövrdə yaşayıram. Siz qeyrətli müsəlman kimi Qarabağı Azərbaycana və İslama qaytardınız, məscidlərimizi murdarlardan xilas etdiniz. Allah Sizi və möhtərəm ailənizi qorusun, hər zaman başıuca eləsin. Amin!”.

“Biz artıq qələbə çalmış böyük bir millətin nümayəndəsi kimi başımızı dik tutub qürurla gəzə bilərik”

Ukraynanın Xarkov şəhərindən Murad Ömərov: “Möhtərəm Prezident, Sizi və Sizin şəxsinizdə bütün xalqımızı torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırıram. Biz çox fərəhlənirik ki, torpaqlarımızın 30 illik işğalı Şuşa qalasında şücaətli, cəsur əsgərlərimizin tarixə düşəcək qələbəsi ilə başa çatdı. Mən 40 ildən çox ölkəmizdən kənarda yaşayan bir azərbaycanlı kimi Sizə və Sizin müdrik rəhbərliyiniz altında fəaliyyət göstərən hərbçilərimizə, diplomatlarımıza və siyasətçilərimizə öz minnətdarlığımı bildirirəm. Biz artıq qələbə çalmış böyük bir millətin nümayəndəsi kimi başımızı dik tutub qürurla gəzə bilərik və bunun üçün torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə qalxmış hərbçilərimizin xatirəsi qarşısında baş əyirik, ulu Tanrıdan onlara rəhmət və yaralılarımıza şəfa diləyirik. Ağdam, Kəlbəcər və Laçın rayonlarının Sizin müdrik siyasətiniz nəticəsində itki verilmədən azad olunması bizə bir daha əsas verir ki, gələcəkdə də diplomatiya cəbhəsində uğur qazanacaq və vəhşi ermənilər tərəfindən tamamilə viran edilmiş şəhər və kəndlərimizin bərpa ediləcəyinə əmin olaq! Fürsətdən istifadə edərək Sizə şəxsən öz dərin minnətdarlığımı yetirirəm!”.

“Biz türk milləti olaraq azərbaycanlı qardaşlarımızla böyük qürur və xoşbəxtlik duyduq”

Türkiyə Muğla şəhərindən Hakan Çetinkaya: “Hörmətli cənab İlham Əliyev, Allahın izni və Sizin böyük fədakarlığınızla Qarabağ uğrunda zəfər yürüşünüz mübarək oldu. Sizin əməyinizi təqdir edir, Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə Sizə təbriklərimi çatdırıram. Biz türk milləti olaraq azərbaycanlı qardaşlarımızla böyük qürur və xoşbəxtlik duyduq. Allah uğurlarınızı daimi eləsin!”

“Siz 44 gün ərzində olan bütün çıxışlarınızda, müraciətlərinizdə, müsahibələrinizdə hər bir vətəndaşın içərisindən gələn fikri ifadə etdiniz”

Masallıdan Tofiq Şahmarov: “Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz, titanik fəaliyyətiniz, səbirliliyiniz, təmkinliliyiniz, zərgər dəqiqliyi ilə hesablanmış addımlarınız və Azərbaycan Ordusunun polad iradəsi, cəngavərliyi, igidliyi ilə dünya azərbaycanlılarının, türk dünyasının və Azərbaycan dövlətini sevən insanların arzularının çin olmasına nail olunmuşdur. 44 gün ərzində mənfur düşmənin dəmir beton istehkamları yerlə-yeksan edildi. Azərbaycan əsgəri hər bir vətəndaşın gözü hesab edilir və ediləcək də. Ali Baş Komandanımız cənab İlham Əliyev, artıq dünya fatehləri sırasında xüsusi yer tutan şəxsiyyətlərdən birinə çevrilmisiniz. Sizin əməyinizi xarakterizə etməyə söz və cümlə tapa bilmirəm. Siz 44 gün ərzində olan bütün çıxışlarınızda, müraciətlərinizdə, müsahibələrinizdə hər bir vətəndaşın içərisindən gələn fikri ifadə etdiniz. Bu çıxışlar və müraciətlər ilə Siz dünyada ən hündür dağdan da uca oldunuz. Azərbaycan Ordusunun şücaəti, xüsusilə Şuşa şəhərimizi azad etməsi ilə əlaqədar əməliyyatı hərbi akademiyalarda dərslik kimi tədris ediləcəkdir. Rus sərkərdəsi Suvorovun Alp dağlarını fəth etməsi ilə müqayisə edildikdə Şuşa əməliyyatı daha üstün görünür. Möhtərəm Ali Baş Komandan, Siz doğrudan da xoşbəxt şəxsiyyətsiniz. Belə ki, Siz ata vəsiyyətini yerinə yetirdiniz, Siz xalqın istəyini təmin etdiniz, Mən bütün millətin fikrini ifadə edərək deyirəm: Siz millətin, xalqın qəhrəmanısınız. Belə bir adın təsis edilib Sizə verilməsini istəyirəm. Ali Baş Komandan, Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlığı azərbaycanlıların qürurla yaşamasını təmin etdi. Qardaş ölkənin və onun rəhbərinin Azərbaycana siyasi və mənəvi dəstəyi misilsizdir. Ulu Öndərimizin sözləri ilə desək, Azərbaycan dünyaya günəş kimi doğmaqdadır. Möhtərəm Prezident, mən uzun müddət daxili işlər orqanlarında fəaliyyət göstərməklə, Qarabağ müharibəsinin iştirakçısı və veteranı olmaqla tərəfinizdən “İgidliyə görə” medalı ilə təltif edilmişəm. Bu gün də istənilən tapşırığınızı yerinə yetirməyə hazıram. Ulu Tanrı Sizə yar və yardımçı olsun!”

“Bu qələbəni Sizin qətiyyətiniz, sarsılmaz uzaqgörən siyasətiniz nəticəsində əldə etdik”

Tərtərdən Suludin Yusifov: “Möhtərəm cənab Prezident, əziz Ali Baş Komandan, Qarabağ uğrunda gedən müharibədə möhtəşəm qələbə qazanmağımız münasibətilə Tərtər rayonunun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlar adından Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə hər birimizi qürurlandırır. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Bu qələbəni Sizin qətiyyətiniz, sarsılmaz uzaqgörən siyasətiniz nəticəsində əldə etdik, mənfur erməniləri “iti qovan kimi” qovduq. Bizə bu böyük qələbə sevincini yaşatdığınız üçün Sizə dərindən minnətdarıq. Bir daha Sizi, Azərbaycanın Milli Ordusunu və bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirik. Tanrı Sizi qorusun. Tərtərlilər həmişəki kimi, yenə də Sizinlədir. Cocuq Mərcanlıdan başlayan böyük qayıdışımıza nail olduq. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir