CƏMİYYƏT


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri CEO “Lunch Baku”nun fəxri qonağı olacaq

Bakı, 7 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev “Caspian European Club”un yanvarın 16-da təşkil edəcəyi CEO “Lunch Baku”da fəxri qonaq qismində iştirak edəcək.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyevin sözlərinə görə, tədbir agentlik ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olan “Caspian European Club” üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq.

CEO “Lunch Baku”da qeyri-rəsmi şəraitdə klub üzvü olan şirkətlərin rəhbər və nümayəndələrinin özəl sektor ilə “ASAN xidmət” arasında əməkdaşlığın genişləndirilməsi üzrə təklif və təşəbbüsləri müzakirə ediləcək. Tədbir iştirakçıları, həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

CEO “Lunch Baku” yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir.

Qeydiyyat üçün “Caspian European Club”un saytında aşağıdakı linkə daxil olmaq lazımdır: http://caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/385-ceo-lunch-baku-16-01-2019

Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.