Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri agentliyin tabeliyində olan qurumlarının əməkdaşları ilə görüşüb
AzerTAg.az
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev agentliyin tabeliyində olan, o cümlədən “ASAN xidmət” mərkəzlərində çalışan digər dövlət qurumlarının əməkdaşları ilə görüşüb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar qazandığı parlaq qələbə münasibətilə təşkil olunub.
COVID-19 pandemiyası şəraitinə uyğun olaraq təşkil olunan görüş “Facebook” sosial şəbəkəsi üzərindən “ASAN Family” qrupunda gerçəkləşib.
Xatırladaq ki “ASAN Family” qrupunun məqsədi effektiv kommunikasiya vasitəsi kimi ASAN əməkdaşları üçün əlçatan şəbəkənin formalaşdırılmasıdır.
Görüşdə Ülvi Mehdiyev əməkdaşları qələbə münasibətilə təbrik edib. Eyni zamanda, Dövlət Agentliyinin cari fəaliyyəti və gələcək hədəflər barədə məlumat verilib.
Həmçinin əməkdaşların sualları cavablandırılıb və müraciətləri qeydə alınıb.
Sonda Ülvi Mehdiyev bu cür görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.


Xəbərin mətnində orfoqrafik səhv var