CƏMİYYƏT


Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib

Bakı, 9 iyul, AZƏRTAC

Qəbul qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşların qəbulunu davam etdirir.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, qəbulda müraciətlər əsasən işlə təminedilmə və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Həmçinin ölkənin müxtəlif şəhər və rayonlarından olan vətəndaşların ideya və təklifləri dinlənilib.

Müvafiq müraciətlər cavablandırılıb, həll edilməsi araşdırma tələb edən məsələlər olduqda yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.