CƏMİYYƏT


Vətəndaşlara fövqəladə hadisələr zamanı zəruri davranış qaydaları barədə müvafiq biliklər verilir

Bakı, 4 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli və Lənkəran rayonu N.Axundov adına Boladi kənd 1 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində və Abşeron rayonu Məmmədli kənd 10 nömrəli körpələr evi-uşaq bağçasında, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu Uzunoba kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Tərtər şəhər 1 saylı tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən Nərimanov rayonu 36 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.