CƏMİYYƏT


Vətəndaşlara və biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatının təqdimatı keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimаi Birliyinin həyata keçirdiyi “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması və korrupsiya risklərinin aradan qaldırılmasına dəstək” layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin vətəndaşlara, biznes qurumlarına xidmətlərin təqdim edilməsi səviyyəsinin müəyyənləşdirilməsi üzrə monitorinq hesabatının təqdimat tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, “Konstitusiya Araşdırmalar Fondunun” prezidenti Əliməmməd Nuriyev çıxış edərək həyata keçirilən layihənin mühüm əhəmiyyəti, ictimai iştirakçılığın təmin edilməsinə vətəndaş cəmiyyəti institutlarının rolu barədə danışıb, monitorinq hesabatının dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəldiyini vurğulayıblar.

Ədliyyə Nazirliyinin rəhbər və məsul nümayəndələrinin də qatıldığı tədbirdə nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək nazirliyin vətəndaş cəmiyyəti institutları ilə sıx və səmərəli əməkdaşlığını qeyd edib, şəffaflığın, informasiya açıqlığının təmin olunması, vətəndaş cəmiyyəti və media ilə kommunikasiyanın, informasiya sorğuları və vətəndaş müraciətləri ilə işin təşkili, əhaliyə göstərilən elektron və mobil ədliyyə xidmətləri barədə məlumat verib. O, monitorinq hesabatının nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məmnunluq sorğularının keçirilməsində və əhaliyə göstərilən xidmət səviyyəsinin ölçülməsi baxımından önəmini qeyd edib.

Sonra “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli monitorinq hesabatının təqdimatı ilə bağlı çıxış edib. Bildirib ki, monitorinq zamanı Ədliyyə Nazirliyinin bir neçə strukturlarının fəaliyyəti ilə bağlı vətəndaşların münasibətləri araşdırılıb. Bu zaman dövlət orqanlarına göndərilən sorğular, dövlət orqanlarının internet resurslarının, KİV-in monitorinqi, sosioloji-tədqiqat işi, ekspert rəyləri, müşahidələr, canlı ünsiyyətlər və digər metodlardan istifadə edilib.

İctimаi Birliyinin sədri deyib ki, monitorinqin keçirilməsində məqsəd dövlət xidmətlərinin asanlaşdırılması, vətəndaş məmnunluğunun, şəffaflığın və hesabatlılığın artırılması üçün həyata keçirilən tədbirlərə dəstək göstərməkdir.

Sonda hesabat ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.