ELM VƏ TƏHSİL


Vətəndaşlarda e-dövlətin təqdim etdiyi xidmətlərdən istifadə bacarıqları aşılanmalıdır

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron dövlətin çatışmazlıqları və onların aradan qaldırılması ilə bağlı araşdırmalar aparılır.

AZƏRTAC xəbər verir ki, AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev e-dövlətin inkişafına mane olan e-vətəndaş problemindən söz açaraq bu məsələ ilə bağlı kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Vətəndaşlara e-dövlətin təqdim etdiyi e-imza, e-ticarət, e-biznes və digər xidmətlərdən, eləcə də e-qurğulardan istifadə bacarıqları aşılanmalı, hüquq və vəzifələri öyrədilməlidir. Vətəndaşlar dövlət qurumuna sərbəst şəkildə müraciət edə bilmək üçün müəyyən biliklərə malik olmalıdırlar”.

Akademik qeyd edib ki, informasiya texnologiyalarının cəmiyyətdə, insanların həyatında rolunun sürətlə artması e-dövlətdə xidmətlərin sayının da çoxalmasına səbəb olub. Vətəndaşa xidmət göstərən hər bir qurumun xidmət kriteriyaları, meyarlar sistemi vardır ki, bu meyarlar dəqiq müəyyənləşdirilməli, onların əsasında qərarların qəbulunu yerinə yetirən intellektual sistem qurulmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.