SİYASƏT


Vətəndaşlarımız yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirirlər

Bakı, 17 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Ermənistan tərəfindən hərbi cinayətə və dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə məruz qalan Gəncənin əhalisi, ümumilikdə, bütün Azərbaycan xalqı heç vaxt olmadığı qədər nikbindir. Xalqımız torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatların sonadək davam etdirilməsini istəyir və tələb edir. Vətəndaşlar yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə nümayiş etdirir, Milli Ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərirlər. Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun qəbul etdiyi qərarları alqışlayır və yanında olduqlarını bildirirlər. Çünki bizim işimiz haqq işidir. Biz yolumuzdan dönməyəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

A.Nağıyev deyib ki, Azərbaycan Prezidenti çıxış etdiyi bütün tribunalardan və xarici KİV-lərə verdiyi müsahibələrində birmənalı olaraq, dövlətimizin və xalqımızın haqq işini dünya ictimaiyyətinə çatdırıb. Dövlətimizin başçısı öz ölkəsinin maraqlarını həmişə müdafiə edib və bu yolda böyük güclərə sinə gərib.

Deputat deyib: “Prezident İlham Əliyev bizim üçün Vətən müharibəsinin nədən ibarət olduğunu və hansı mahiyyət daşıdığını RİA Novosti agentliyinə müsahibəsində bir daha aydın dillə Rusiya ictimaiyyətinə çatdırdı. Rusiya ictimaiyyəti Azərbaycan xalqı, Prezidenti və ordusunun vəhdətini bir daha gördü. Dövlətimizin başçısı bu vəhdətin nədən ibarət olduğunu izah etdi, həmçinin liderlik və diplomatik keyfiyyətlərini bir daha nümayiş etdirdi. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyev xalqın lideri olduğunu bir daha sübut etdi.

A.Nağıyev qeyd edib ki, agentliyin həm Azərbaycan rəhbərinə, həm də Ermənistan baş nazirinə eyni suallar ünvanladığını nəzərə alsaq, Nikol Paşinyan burada da siyasətdə piyada olduğunu ortaya qoydu. Ermənistanın baş naziri qeyri-adekvat cavabları ilə yadda qaldı: “O, boşboğazlıq etməyə, yenə də əzbərlədiyi “nağılı” təkrarlamağa başladı. Guya ki, bunların qədim tarixi var və s. Tarixi özləri anladıqları tərzdə anlatmağa çalışan Paşinyan elə danışdı ki, sanki bütün dünya bunlara borcludur və onlara acımalıdır. Paşinyanın çaş-baş cavabları bir daha göstərdi ki, ermənilərin düşdüyü durumun çarəsizliyi hətta özləri izah edə bilmədikləri dərəcədədir. Uzun illərdir ki, erməni yalanlarını təkrarlayan Paşinyan bu müsahibəsi ilə Rusiya ictimaiyyətinin gözündən tamamilə düşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.