Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətəndaşların TSEK-lərə gəlmədən əmək qabiliyyətlərinin itirilmə dərəcəsinin qiymətləndirilməsi təmin olunub

Vətəndaşların TSEK-lərə gəlmədən əmək qabiliyyətlərinin itirilmə dərəcəsinin qiymətləndirilməsi təmin olunub

Bakı, 17 noyabr, AZƏRTAC

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əlilliyin qiymətləndirilməsi prosesinin elektron texnologiyalar əsasında şəffaf şəraitdə həyata keçirilməsini və bu sahədə məmur-vətəndaş təmaslarının tam aradan qaldırılmasını təmin edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qeyd edilən Əsasnaməyə edilmiş dəyişikliklərlə bağlı keçirdiyi mətbuat konfransında vurğulayıb. S.Müslümov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə nazirliyin digər fəaliyyət istiqamətlərində olduğu kimi, tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin də şəffaflaşdırılması, bunun üçün həmin sistemin elektron texnologiyalar üzərində qurulması üçün məqsədyönlü işlər aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesinin avtomatlaşdırılmış şəraitdə aparılmasına imkan verir. Eyni zamanda, əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti beş il müddətinə, uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddəti üç il müddətinə uzadılmaqla, birinci dərəcə əlillik müddətsiz müəyyən edilib. Həmin islahat tədbiri tibbi-sosial ekspertiza sahəsində məmur-vətəndaş təmaslarının dəfələrlə azalmasına səbəb olub.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər isə yaradılan avtomatlaşdırılmış sistemdən tam istifadə edilməklə, əlilliyin qiymətləndirilməsinin artıq məmur-vətəndaş təmasları olmadan, şəffaf şəkildə yerinə yetirilməsini nəzərdə tutur. Bunun üçün dəyişikliklər ilk növbədə Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların müayinəsi prosedurunun tam aradan qaldırılmasını şərtləndirir. Əsasnamədə əlilliyin qiymətləndirilməsi üçün vətəndaşların TSEK-ə gəlmələri, TSEK tərəfindən müayinə olunmaları və s. nəzərdə tutan bütün müvafiq bəndlər ləğv edilir. Eləcə də “müayinə”, “müayinə olunan” ifadələri “əlilliyin qiymətləndirilməsi” və “təkrar müayinə” ifadəsi “əlilliyin təkrar qiymətləndirilməsi” ifadələri ilə əvəz edilir ki, bu da əlilliyin qiymətləndirilməsində müayinə etmə prinsipinin, bununla da məmur-vətəndaş təmaslarının aradan qalxmasını şərtləndirir”.

S.Müslümov bildirib ki, dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə göndərişlərin reyestrinə daxil ediləcək və dərhal sonra isə TSERAS-a ötürüləcək: “TSERAS göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin, yəni əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək. Məhz bundan sonra sistem qeyd olunan göndərişi əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə göndərəcək. Lakin bu zaman göndəriş onu verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK-ə heç bir halda göndərilə bilməz. Artıq TSEK göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edəcək”.

Nazir qeyd edib ki, bununla belə, əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyinin təmin edilməsi üçün göndərişin yalnız bir TSEK-ə deyil, seçmə üsulu ilə bir neçə TSEK-ə də göndərilməsi nəzərdə tutulur: “Əgər eyni göndəriş üzrə TSEK-lərin qəbul etdiyi qərarlarda fərqlilik, uyğunsuzluq olarsa, tam obyektiv qərarın verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçiriləcək”.

S.Müslümov diqqətə çatdırıb ki, TSEK göndəriş əsasında əlilliyin qiymətləndirilməsini iki iş günü ərzində yerinə yetirməlidir: “Qiymətləndirmənin nəticələri TSEK-də bir iş günü ərzində kollegial qaydada müzakirə olunduqdan dərhal sonra qərar qəbul olunacaq. Bu qərar, habelə əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, qərarın aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş, onun üçün nəzərdə tutulan əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə də təsdiqlənəcək”. Nazir bildirib ki, bununla yanaşı, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmaması və s. hallarda TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri haqqında məlumatları TSERAS-a daxil edəcək. Bu zaman müayinənin artıq Xidmət tərəfindən həyata keçirilməsini zəruri edən səbəblər də sistemə ötürüləcək və Xidmət TSERAS vasitəsilə və anonimlik şəraitində bu məlumatları qəbul edərək, obyektiv qərar verəcək.

“Göründüyü kimi, “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur tibbi-sosial ekspertiza sisteminin son illərdə qurulmuş elektron infrastrukturu üzərində əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, tam obyektiv və şəffaf şəraitdə aparılmasını təmin edəcək”, - deyə vurğulayan S.Müslümov onu da bildirib ki, son illərdə əlilliyin qiymətləndirilməsi ilə bağlı qəbul edilmiş bütün qərarlar barədə məlumatlar elektron formada real vaxt rejimində TSERAS-a daxil edilir: “Bu da vətəndaşların əlilliklərinin qiymətləndirməsinin nəticəsi barədə heç kimə müraciət etmədən elektron formada məlumat almalarına imkan verib. Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətləri bunun üçündür. Həmçinin nazirliyin 142-“Çağrı mərkəzi” vasitəsilə də bu barədə məlumat əldə etmək mümkündür. Digər tərəfdən, aidiyyəti işəgötürənlərin və dövlət orqanlarının müvafiq hallarda “Elektron hökumət” portalı üzərindən qeyd olunan sistemdən həmin məlumatları əldə etmələrinə şərait yaradılıb.

Tədbirdə iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev əlilliyin qiymətləndirilməsi sisteminin elektron texnologiyalar əsasında təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib. O, Əsasnaməyə edilən dəyişikliklərə uyğun olaraq, səhiyyə müəssisələri tərəfindən də aidiyyəti işlərin yerinə yetiriləcəyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov Əsasnaməyə edilən dəyişikliklərlə bağlı əlilliyin qiymətləndirilməsi prosesinin elektron qaydada aparılması prosedurlarına dair təqdimatla çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb