CƏMİYYƏT


Vətəndaşların yerli su sızmaları barədə məlumat verməsi üçün mobil tətbiq istifadəyə veriləcək

Bakı, 10 iyul, AZƏRTAC

Bu gün Kür çayı hövzəsinin bütün əsas tərəfləri üçün “Hydro-Heroes” mobil tətbiqinin ilk virtual təqdimatı keçirilib.

Bu mobil tətbiq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərsu” ASC, IDEA və BMTİP-QEF Kür II Layihəsi tərəfindən hazırlanır.

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən AZƏRTAC-a bildiriblər ki, mobil tətbiq bütün vətəndaşları mobil telefonları vasitəsilə su sızması barədə məlumatları geolokasiya etiketlərindən istifadə edərək bələdiyyələrin su təşkilatlarına və “Azərsu” ASC-yə birbaşa bildirməyə təşviq etmək məqsədi daşıyır.

Mobil tətbiqdə həmçinin təhsil komponenti var – buraya suyun qorunması ilə bağlı məsləhətlər və ev təsərrüfatlarının gənc üzvləri üçün əyləncəli oyunlar daxildir.

Mobil tətbiq “Instagram”, “Facebook”, “Twitter”, “WhatApp” kimi sosial media platformalarında istifadə edilə bilər. İstifadəçilərin Kür çayı haqqında daha çox məlumat əldə etmələri üçün “Kür Boğçası” tədris vasitəsinin genişləndirilmiş reallıq versiyası da təqdim ediləcək.

Mobil tətbiqin tamamlanmış beta versiyasının avqustun sonlarında Azərbaycan, Gürcüstan və digər ölkələrdə ictimaiyyət üçün istifadəyə verilməsi gözlənilir.

Su çatışmazlığı qlobal problemdir. İnsanlar kömək etmək istəyir, amma nə etməli olduqlarını bilmirlər. Şəhərlərdəki su sızmaları qiymətli şirin su ehtiyatlarının böyük ölçüdə tükənməsinə səbəb olur. Su sızmaları haqqında məlumatın daha sürətli şəkildə bildirilməsi və bu problemin ən tez zamanda aradan qaldırılması ilə suya daha çox qənaət edilə bilər. Bu mobil tətbiq hər kəsə hidro-qəhrəman olmağa kömək edəcək.

Ətraflı məlumat üçün link: https://kura-river.org/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.