REGİONLAR


Vətənə sevgi vətənpərvərlikdən başlayır

Lerik, 4 noyabr, Bağır Əliyev, AZƏRTAC

Vətənpərvərliyin mahiyyəti Vətənə məhəbbət və öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşamış, möhkəmlənmiş, öz doğma torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonunun Ambu kənd tam orta məktəbində “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Ambu kənd tam orta məktəbinin direktor müavini Saday Rəhmətov Azərbaycan gənclərinin yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edərək Vətən sevgisinin və xalqımızın zəngin milli-mənəvi dəyərlər sisteminin dini radikalizmə qarşı güclü mübarizə vasitəsi olduğunu bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizmin yaranma səbəbləri, onun törətdiyi fəsadlar, radikal dini qrupların təbliğat metodları haqqında, eləcə də, dini fanatizm, mövhumat və xurafatın zərərlərindən danışıb.

A.Həsənov milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Vətənpərvərlik, ilk növbədə, dininə, dilinə, tarixinə, keçmişinə, ədəbiyyatına, musiqisinə hörmət, ətrafdakı insanlara sevgi deməkdir. Vətənə sevgi məhz vətənpərvərlikdən başlayır”, - deyə o bildirib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.