MƏDƏNİYYƏT


Vətənə, xalqa və qəhrəmanlığa həsr olunmuş aşıq mahnıları hərbiçilərə xoş anlar yaşatdı

Tovuz, 13 avqust (AZƏRTAC, Famil Quliyev). Avqustun 13-də tanınmış aşıq, aktrisa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Samirə Əliyeva (Aşıq Samirə) Tovuz rayonundakı “N” saylı hərbi hissədə zabit və əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdi.

AZƏRTAC xəbər verir ki, onun ifasında səslənən Vətənə, xalqa, qəhrəmanlığa həsr olunmuş aşıq mahnıları zabit və əsgərlərə xoş anlar yaşatdı.

Bundan əlavə, Aşıq Samirə Tovuz rayonunun işğalçı Ermənistan ilə sərhəddə yerləşən Ağbulaq kəndində sakinlərlə görüşdü və öz şəxsi vəsaiti hesabına 50 ailəyə ərzaq yardımı etdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.