MƏDƏNİYYƏT


“Vətənim Azərbaycan” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir

Bakı, 21 noyabr, AZƏRTAC

Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Vətənim Azərbaycan” adlı Respublika uşaq rəsm müsabiqəsi davam edir.

AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.

Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Vətənim Azərbaycan” və ya http://xsm.az/site/vetenimazerbaycan/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmaq tələb olunur.

Müsabiqə üçün qeydiyyat dekabrın 10-dək aparılacaq. Seçim 12 yaşa qədər, 12-17 və 17-21 yaş kateqoriyası üzrə keçiriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Qeyd edək ki, tədbir COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Müsabiqəyə AZƏRTAC da media dəstəyi verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.