REGİONLAR


“Vətənim Azərbaycan” intellektual oyunu üzrə Astara rayon seçim turunun qalibləri müəyyənləşib

Astara, 12 yanvar, Bağır Əliyev, AZƏRTAC

Astara şəhərindəki Gənclər Evində Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə XI qrant müsabiqəsinin qalibi olmuş, Lənkəran rayonunun Şilavar kənd sakini Famil Məmmədovun “Vətənim Azərbaycan” intellektual oyunu layihəsi çərçivəsində Astara rayonu üzrə seçim turu keçirilib.

Bilik yarışında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, gənc müəllimlər, tərkibi 6 nəfər olmaqla gənclərdən ibarət 8 komanda iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası istiqamətində görülmüş işlərdən danışıb.

“Vətənim Azərbaycan” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov çıxışında bildirib ki, layihənin keçirilməsində məqsəd Azərbaycan tarixi və mədəniyyətini intellektual oyunlar vasitəsilə gənclər arasında təbliğ etmək, fəal və intellektli gəncləri üzrə çıxartmaq, region və respublika turnirlərində onların iştirakına dəstək olmaqdır.

“Maximum” Təhsil Mərkəzinin direktoru, layihə üzrə ekspert Rəşad Abbaszadə intellektual oyunun qaydalarını iştirakçılara izah edib.

Bilik yarışında əsasən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasını əhatə edən suallar səsləndirilib.

Yarışda ilk iki yeri tutan “Gələcəyin ümidləri” və “Zəfər” komandaları yanvarın 29-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.