REGİONLAR
Vətənimizin hər yerində Azərbaycan bayrağı dalğalanacaq
Xaçmaz, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Eşq olsun Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, eşq olsun Azərbaycan Ordusuna! Biz bu gün həyatımızın ən qürurlu, xoşbəxt gününü yaşayırıq. Ölkəmizin hər yerində bayramdır. Qələbə bayramı! Ali Baş Komandanımız necə demişdisə, elə də etdi. Erməniləri torpaqlarımızdan qovdu. Bundan sonra dünya xalqları arasında bizim də adımız qalib xalq kimi çəkiləcək. Yurdumuzun igid oğulları ilə fəxr edirik!
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz şəhər sakini Rauf Pirmuradov söyləyib.
R.Pirmuradov bildirib ki, bu gün yaşadığımız qələbə böyük tarixi uğurdur. Xalqımızın illərdir gözlədiyi bu zəfəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə qazandıq. Xalqımız yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi. Bundan sonra Şuşada, həmçinin işğaldan azad olunan bütün Vətən torpaqlarında Azərbaycan bayrağı dalğalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]