MƏDƏNİYYƏT


“Vətənin qəhrəman oğulları” adlı tədbir keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı 173 nömrəli tam orta məktəbin şagirdləri ilə birgə “Vətənin qəhrəman oğulları” adlı tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın əməkdaşı Səidə Rəcəbova məktəblilərə İkinci Qarabağ müharibəsi zamanı böyük şücaət göstərən igid oğullarımızın 44 günlük haqq savaşında göstərdiyi qəhrəmanlıq haqqında ətraflı məlumat verib. Bildirib ki, qanı ilə yeni tarix yazan qəhrəmanlarımız vətən torpağının hər qarışını candan əziz və uca tutub. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası bütün şəhidlərimizin ən ümdə arzularının gerçəkliyidir. Şəhidlik uca ad, müqəddəs zirvə deməkdir.

Tədbirdə şagirdlər Vətən, Zəfər və şəhidlər haqqında müxtəlif şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.