ELM VƏ TƏHSİL


“Vətənin qəhrəman oğulları” müsabiqəsinə 250-dən çox iş təqdim olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən onlayn şəkildə keçirilən videotəqdimat müsabiqəsinə işlərin qəbulu başa çatıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, “Vətənin qəhrəman oğulları” adlı onlayn videotəqdimat müsabiqəsinə 250-dən artıq iş təqdim olunub.

Müsabiqə iştirakçılarının [email protected] elektron poçt ünvanına göndərdikləri təqdimatlar hazırda baxış mərhələsindədir. Təxminən 5 dəqiqəlik videotəqdimatlar münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qiymətləndirilmə zamanı sərbəstlik, söz ehtiyatının zənginliyi, dolğun və əhatəli məzmun, irəli sürülən fikirlərin faktlarla əsaslandırılması əsas meyarlar kimi götürülür.

Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Beş nəfər isə fəal iştirakına görə tərifnamə ilə təltif ediləcək.

Qeyd edək ki, müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında təşkil olunub. Müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.