REGİONLAR


Vətənpərvər Azərbaycan gənci Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadı

Lənkəran, 25 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Şəhər Təhsil Şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə Anım Gününə həsr olunmuş “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, müəllimlər və şagirdlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbirdə 44 günlük Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlar zamanı 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində parlaq qələbə qazandığı və torpaqlarımızın azad olunduğu qeyd edilib. Bu qələbənin şəhidlərimizin qanı və qazilərimizin igidliyi hesabına əldə edildiyi vurğulanıb.

Natiqlər, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, mənəvi-əxlaqi və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu və bu keyfiyyətlərin Vətən müharibəsindəki qələbəmizdə mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonda şagirdlər şəhidlərimizə həsr edilmiş şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.