CƏMİYYƏT


“Vətənpərvərlik” mövzusunda vebinar keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Vebinar klub”un birgə təşkilatçılığı ilə “Vətənpərvərlik” mövzusunda vebinar keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vebinarda rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov, Silahlı Qüvvələrin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçilər, ehtiyatda olan gizir Natiq Mehdiyev, 100-dək gənc və yeniyetmə iştirak edib.

Vebinarda bildirilib ki, görüşün əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, onlara bu hissi daha dərindən aşılamaq, işğal altındakı torpaqlarımızın azad olunması uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərmiş igid hərbçilərlə görüşünü təşkil etməkdir.

Qeyd olunub ki, Vətən uğrunda canlarından keçmiş şəhidləri, eləcə də döyüşlərdə qəhrəmanlıq göstərmiş qaziləri unutmaq mümkün deyil. Tariximizin hansı səhifəsini vərəqləsək orada igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.