Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadədən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə “Vətənsevər” Azərbaycan- Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri adından ürəkdən təbrik edir və Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Bu gün biz Küveytdə yaşayan azərbaycanlılar olaraq Sizin uzaqgörən siyasətinizi dəstəkləyir və bizim Prezidentimiz olmağımızdan qürur hissi duyuruq. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi bir çağırışınızla bütün Azərbaycan xalqını torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmaq üçün tək bayraq altında birləşdirən və dəmir yumruğa çevirən, tarix yazan qüdrətli sərkərdəmizsiniz.

Cənab Prezident, bu gün Siz dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmisiniz. Fürsətdən istifadə edərək Sizi və ailə üzvlərinizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, əzmkar fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Allah sizi və ailənizi qorusun.

Hörmətlə,

 

Könül Hacızadə

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq

Cəmiyyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin