SİYASƏT
Veteran: Azərbaycan xalqı ermənilərə öz yerini göstərir
Ağsu, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızda erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı, qazanılan uğurlar biz veteranları hədsiz sevindirib. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciəti, silahlı qüvvələrimiz qarşısında qoyduğu qəti və konkret tapşırığı uzun illərdən bəri öz havadarlarının köməyi ilə Qarabağı işğal altında saxlayan Ermənistan hakimiyyətinə bir xəbərdarlıq oldu. Əslində Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!”, “Biz öz torpağımızda vuruşuruq” kəlamlarından Ermənistanın siyasi və hərbi rəhbərliyi bir nəticə çıxarmalıdır.
Bu sətirləri AZƏRTAC-ın bölgə müxbirinə Ağsu rayonunun 76 yaşlı sakini, Qarabağ müharibəsi veteranı Nurulla Nuriyev söyləyib. Veteran erməni təcavüzkarlarının öz məkrli və pis niyyətindən hələ də əl çəkmədiyini, yaşayış məntəqələrini, dinc insanları hədəfə aldıqlarını vurğuladı və onların havadarlarının bu əməllər qarşısında susduqlarının heç cür başa düşülən olmadığını bildirdi. “Lakin haqq-ədalət öz yerini tapacaq. Ayağa qalxan və Prezidentin ətrafında sıx birləşən Azərbaycan xalqı ermənilərə öz yerini göstərir”, - deyə veteran söyləyib.