İDMAN


Veteran cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatında təmsilçimiz qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, cüdoçumuz Babək Hacıyev (M-4, 60 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl cüdoçumuz Tural Səfquliyev (M-1, 100 kq) yarışda bürünc medal əldə edib. Komandamız turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Oktyabrın 24-dək davam edəcək dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.