İDMAN


Veteran futbolçu Rober Pires Bakı Olimpiya Stadionunda olub

Bakı, 4 dekabr, AZƏRTAC

Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan əfsanəvi fransalı yarımmüdafiəçi dünya və Avropa çempionu Rober Pires dekabrın 4-də təşkil olunan futbol festivalında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün təşkil olunan festivalda R.Pires AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçu, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün səfiri Vəli Qasımov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə birlikdə uşaqların məşqini izləyiblər.

Bakı Olimpiya Stadionu ilə tanış olan fransalı veteran futbolçu uşaqlarla xatirə şəkilləri çəkdirib, onlara avtoqraf verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.