İDMAN


Veteran güləşçilərimiz dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar

Bakı, 17 oktyabr, AZƏRTAC 

Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, pəhləvanlarımız çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Sərbəst güləş yarışlarında “B” divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında dünya çempionu olub.

Yunan-Roma güləşi yarışlarında “D” divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz mundialın gümüş medalına yiyələnib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.