İDMAN


Veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatının açılışı olub

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov turnirin təşkilində əsas məqsədin idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsini yad etmək, veteranların sağlamlığını möhkəmləndirmək, onları fəal idman həyatına cəlb etmək olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə stolüstü tennis öz inkişafını getdikcə genişləndirir və bu idman növünə maraq xeyli artıb. Vitse-prezident bütün iştirakçılara uğurlar arzulayıb.

"Şüa" idman-sağlamlıq kompleksində təşkil edilən çempionatda 50-dən çox iştirakçı mübarizə aparır.

Turnirə mayın 19-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.