Veteranlarımız gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edirlər
AzerTAg.az
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir qrup üzvü və fəal gənclər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, veteranlar və gənclər daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlara mərkəzin ekspozisiya zalında Ümummilli Liderimizin həyat və fəaliyyətinə dair eksponatlar nümayiş etdirilib, foto, videomateriallar və digər eksponatlar təqdim olunub.
Ziyarətdə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə müxtəlif vəzifələrdə çalışmış 20-yə yaxın sabiq dövlət məmuru, elm və siyasət xadimi, həmçinin 20-yə yaxın gənc – şagird və tələbələr, 44 günlük Vətən müharibəsinin iştirakçıları da iştirak ediblər.









Xəbərin mətnində orfoqrafik səhv var