CƏMİYYƏT


Veypinqlə bağlı problem səbəbindən Miçiqandan olan yeniyetmə üzərində iki ağciyər transplantasiyası aparılıb

Vaşinqton, 13 noyabr, AZƏRTAC

Miçiqandan olan yeniyetmə veypinqlə (elektron siqaretçəkmə) bağlı xəstəlik ucbatından üzərində iki ağciyər transplantasiyası edilən ilk insandır.

AZƏRTAC xəbər verir ki, əməliyyatı həyata keçirən həkimlər 17 yaşlı oğlanın veypinq üçün məhsulları xəstəliyə tutulmamışdan əvvəl yaxud sonra istifadə etməsi barədə şərh verməyiblər. Lakin onlar qeyd ediblər ki, insanlar bu məhsullardan istifadəni dayandırmalıdırlar.

Yeniyetmənin ailəsi onun adının açıqlanmamasına qərar verib. Ailənin bəyanatında deyilir ki, o, adi həyat tərzi olan - məktəbə gedən, dostları ilə ünsiyyət quran, üzgüçülüklə məşğul olan və videooyunlar oynayan tamamilə sağlam idmançıdan intubasiyaya və iki yeni ağciyərə malik, qarşıda onu çətin bərpa prosesi gözləyən pasiyentə çevrilib.

Yeniyetmə sentyabrın əvvəlində pnevmoniya diaqnozu ilə xəstəxanaya yatırılıb. Bundan sonra halı pisləşən kimi Miçiqan ştatının uşaq xəstəxanasına keçirilib, orada o, ekstrakorporal membran oksigenasiya aparatına qoşulub. Bu aparat xəstənin qanını dövr etdirərək onu oksigenlə zənginləşdirir, ürəyə və ağciyərlərə dincəlmə imkanı verir.

Veypinqlə bağlı ölüm halları 21 ştatda müşahidə edilib. Oktyabrın əvvəlində Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən veypinqlə bağlı ağciyərlərin zədələnməsi ehtimal edilən və təsdiqlənmiş təqribən 1300 hal qeydə alınıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.