CƏMİYYƏT


Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna ianə edildi

Veysəloğlu Şirkətlər Qrupu ölkənin dayanıqlı inkişafını dəstəkləyəcək daha bir istiqamətdə fəaliyyətə başladı. Belə ki, Şirkətlər Qrupu tərəfindən Qarabağ Dirçəliş Fonduna 100,000 manat məbləğində ianə edildi.

Bu barədə Veysəloğlu Şirkətlər Qrupunun təmsilçisi Jalə Əzizova bunları vurğuladı: “Tam səmimiyyətlə deyirəm ki, ölkə və cəmiyyətimiz üçün dəyər yaratmaq biznes fəlsəfəmizin əsasını təşkil edir. Qarabağın dirçəldilməsində bizim də rolumuzun olması qürurvericidir”.

Maliyyə dəstəyi ilə yanaşı, Veysəloğlu Şirkətlər Qrupu işğaldan və müharibədən zərər görmüş ərazilərin bərpasına yönələn birgə layihələr də həyata keçirmək niyyətindədir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19 mindən çox insanın iş yeridir. Cəmiyyət üçün dəyər yaratmaq, gələcək nəslin daha yaxşı bir dünyada yaşamasına töhfə vermək və insanların sosial rifahını dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.

Qarabağ Dirçəliş Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılıb. Fond qeyd olunan istiqamətlərdə nəticələrin əldə olunması üçün maliyyə dəstəyinin göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.