ELM VƏ TƏHSİL


“Veysəloğlu ilk addım” layihəsi çərçivəsində seminar

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də “Veysəloğlu” şirkətlər qrupu VİA (Veysəloğlu İlk Addım) proqramı çərçivəsində Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün məlumatlandırıcı seminar keçirib. Seminar MS TEAMS vasitəsilə təşkil olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, VİA-nın məqsədi seçilmiş universitetlərin müvafiq fakültələrinin məzunlarını məşğulluqla təmin etməkdir.

VİA proqramı çərçivəsində müxtəlif universitetlərdən ən yaxşı 100 namizəd seçiləcək və onların arasından ən yaxşı 15 nəfər qəbul ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.