DÜNYA
“Viber” messencerində yeni funksiyalar istifadəyə verilib
Bakı, 20 iyun, AZƏRTAC
Populyar “Viber” messencerinin son yeniləməsi artıq sınaq mərhələsini geridə qoyaraq “iOS” və “Android” platformaları üçün əlçatandır.
AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, bu yeniləmədə bir neçə yeni faydalı funksiya istifadəyə verilib. Məsələn, lazımi informasiyanı bilavasitə messencerdə axtarmaq mümkündür. İndi “Viber” messenceri vasitəsilə “YouTube” videohostinqində videonu izləmək və sonra həmin çarxı dostlara göndərmək mümkündür.
Həmçinin messencerin “Android” versiyasında açar sözlər üzrə stiker və “Gif” şəkillərin axtarışı əlçatan olub. Qeyd edək ki, bu funksiya “iOS” platformasında əlçatan idi. Bundan başqa, istifadəyə verilmiş “rich” bildirişləri vasitəsilə proqrama daxil olmadan mesajlara stikerlərlə cavab vermək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]