İDMAN


Vicey Malya: “Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcəyik”

Bakı, 13 iyun, AZƏRTAC 

“Force India” iki maşınla ard-arda iki yürüşdə xallar qazana bildi və komanda bu həftə uğurlu seriyanı Bakıda da davam etdirmək niyyətindədir.

Komandanın rəhbəri Vicay Malya bildirib: “Kanada yürüşü mövsümün əvvəlindən bəri “Force India”nın tədricən tərəqqisinin daha bir göstəricisi oldu. Bütün həftəsonu biz yaxşı temp göstərdik, yürüşdə isə istədiyiniz nəticəni əldə etdik. Bu, rəqiblər üzərində üstünlüyü artırmağa və Konstruktorlar Kubokunun beşinci pilləsində möhkəmlənməyə imkan verdi. Qarşıda Bakı yürüşünə, dünya çempionatının təqvimində yeni mərhələyə hazırlıq durur.

“Formula-1 yeni ölkəyə qədəm qoyur. Azərbaycandakı debüt yürüşünün maraqlı olacağına ümid edirəm.

Konfiqurasiya mənə Sinqapur trasını xatırladır, lakin bəzi döngələr ötüb keçməkdən ötrü kifayət qədər genişdir. Maşınımızın nə dərəcədə rəqabət qabiliyyətli olacağını bilmirəm. Amma Azərbaycana yaxşı əhval-ruhiyyə və daha bir uğurlu nəticə ümidi ilə gələcəyik”.

Serxio Peres də Bakı trasında keçəcək yarışları səbirsizliklə gözləyir: “Bakı yarışına hazırlıq zamanı mən göyərtə kamerasının yazısını izlədim. İlk təəssürata görə orada mürəkkəb sahələr çoxdur və bu şəhər trası üçün təəccüblü deyil. Lakin Bakı trası Monakodan daha sürətlidir. Belə traslar xoşuma gəlir, məncə, yarış baxımlı olacaq”.

Niko Hülkenberq üçün Bakı yarışı həm də Azərbaycanla ilk tanışlıq olacaq. Pilot deyib. “Bakıdakı yürüşü səbirsizliklə gözləyirəm. Etiraf etməliyəm ki, Azərbaycan haqqında demək olar ki, heç nə bilmirəm. Odur ki, bu yarışla həm də məlumatlanacam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.