İDMAN


Vidadi Əlisgəndərov: Azərbaycan atleti Yekaterina Sariyeva böyük potensiala malik idmançıdır

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 15-dən 24-dək ABŞ-ın Yudjin şəhərində atletika üzrə dünya çempionatı keçiriləcək. Çempionatda üç təkanla tullanma yarışlarında Azərbaycanı Yekaterina Sariyeva təmsil edəcək. Yarışın indidən gərgin idman mübarizəsi şəraitində keçəcəyini söyləmək olar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində atletin məşqçisi Vidadi Əlisgəndərov deyib.

İyulun 16-da yarışın təsnifat mərhələsinin keçiriləcəyini bildirən məşqçi vurğulayıb ki, final iki gün sonra təşkil olunacaq. İdmançımızın rəqibləri yetərincə güclü idmançılardır. Ancaq Y.Sariyeva da böyük potensiala malik atletdir. Ümid edirəm ki, təmsilçimiz mükafatçılar sırasında yer almağı bacaracaq”.

“Bir neçə gün əvvəl Qırğızıstanda təşkil olunan beynəlxalq turnirdə idmançım birinci, Qazaxıstanda keçirilən yarışda isə ikinci oldu. Dünya çempionatına hazırlıq Bakıda davam edir. Hər il keçirilən mötəbər yarışa dünya reytinqində ilk 32-likdə qərarlaşan atletlər vəsiqə qazanıblar. İdmançımız yarışda “Tokio-2020” Yay Olimpiya Oyunlarının qalibi, ikiqat dünya çempionu venesuelalı Yulimar Roxas, dünya birinciliyinin gümüş mükafatçısı, Yamayka idmançısı Şanika Riketts, Avropa çempionu, Olimpiadanın gümüş medalçısı Patrisiya Mamona (Portuqaliya) kimi məşhur atletlərlə birgə iştirak etmək hüququ qazanıb”, - deyə məşqçi əlavə edib.

Y.Sariyevanın İndoneziyada təşkil olunan üçüncü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandığını bildirən məşqçi vurğulayıb ki, atlet ölkəmizin ev sahibliyi etdiyi növbəti İslamiadada üçüncü olub. Dəfələrlə Azərbaycan çempionu olan idmançı hər yarışda öz rekordunu yeniləyir. Dünya çempionatından sonra Y.Sariyeva Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında gücünü sınayacaq. Daha sonra isə Almaniyada Avropa çempionatına qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.