Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vidadi Muradov: “Azərxalça” dünya xalçaçılığında müasir Azərbaycan modelidir

Bakı, 28 dekabr, A.Suvar, T.Teymurov, AZƏRTAC

Azərbaycan dünyanın qədim xalçaçılıq mərkəzlərindən biridir. Ölkəmizin milli-mədəni vəsiqəsi olan xalça, eyni zamanda ümumbəşəri dəyərdir. Bu sənəti yaratmaq və inkişaf etdirmək üçün istedadlı, zövqlü xalçaçılar, həmçinin onun düzgün ticarətini təşkil etmək, beynəlxalq miqyasda tanıtmaq üçün tacirlər və səyyahlar olub. Zəngin xammal bazasının, xüsusilə qoyunçuluq təsərrüfatlarının və təbii boyaq maddələrinin mövcudluğu xalçaçılığın müstəqil bir sənət və istehsal sahəsi kimi formalaşması üçün geniş imkanlar yaradıb. Xalçaçılığın həm bədii, həm də texnoloji baxımdan rəngarəngliyinə zəngin tarixi xalçaçılıq ənənələri olan İran, Anadolu, Uzaq Şərq ölkələri də öz müsbət təsirini göstərib. Ümumilikdə, ölkəmiz Qafqaz xalçaçılığında əsas və dominant rolunu oynamaqla, burada yaşayan müxtəlif xalqların, etnosların xalçaçılıq ənənələrinin yaranmasına və inkişafına təkan verib. Bu qədim sənətin təbliği, inkişafı istiqamətində görülən işlər, əldə olunan uğurlar barədə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- Prezident İlham Əliyevin 2016-cı il mayın 5-də imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Ölkə başçısının bu tarixi qərarından sonra ötən müddət ərzində “Azərxalça” hansı yeniliklərə imza atıb?

- Xalçaçılıq Azərbaycanın tarixi qədər qədim və zəngin bir sənət sahəsi olsa da, “Azərxalça” ASC-nin yaradılması ümumilikdə ölkəmizdə yeni bir hadisədir. “Azərxalça” dünya xalçaçılığında müasir Azərbaycan modelidir. Xalçaçılıq sənətinin ənənəvi xalq üsulu ilə davam etdirilməsi, beynəlxalq xalça bazarına Azərbaycan xalça brendinin çıxarılması və mövqelərinin qorunması və s. kimi məsələlər cəmiyyətin əsas fəaliyyət istiqamətlərini təşkil edir. Cəmiyyətimizin əsas məqsədindən biri də respublika ərazisində xalçaçılıq şəbəkəsini yaratmaq və inkişaf etdirməkdir. Bu məqsədlə cəmiyyətin Füzuli, Şəmkir, Quba, Xaçmaz, Ağdam, Qəbələ, İsmayıllı, Tovuz, Ağstafa və Qazax rayonlarında yerli rayon filialları yaradılıb. Hazırda bu filialların hər birində 150 toxucunun və 12 texniki-inzibati işçinin çalışması üçün münbit şərait var.

- Bu yaxınlarda ölkə başçısının iştirakı ilə “Azərxalça”nın Quba filialının açılışı oldu. Qarşıdakı ildə bu istiqamətdə hansı addımların atılması nəzərdə tutulur?

- Növbəti iki ildə cəmiyyət respublikanın daha 20 rayonunda filialların yaradılmasını, bununla da onların ümumi sayının 30-a çatdırılmasını və 5 minə yaxın vətəndaşın daimi iş yeri ilə təmin edilməsini nəzərdə tutur. “Azərxalça”nın bölgələr üzrə apardığı araşdırmalar, statistik təhlillər göstərir ki, növbəti illərdə xalça istehsalı şəbəkəsinin miqyasını daha da genişləndirmək üçün ölkəmiz həm xammal, həm də işçi qüvvəsi baxımından geniş potensiala malikdir. Bölgələrdə işlərimiz yalnız filialların yaradılması ilə məhdudlaşmır. Respublika ictimaiyyəti Sumqayıt Sənaye Parkında “Azərxalça” ASC-nin Əyirici-Boyaq Fabrikinin yaradılması haqqında məlumatlıdır. Bu fabrikin beş rayonda regional yerli yun və boyaq bitkiləri tədarükü məntəqələrinin yaradılması istiqamətində də işlər görülür. Boyaq bitkilərinin və yun təsərrüfatlarının xammal ehtiyatları öyrənilir, mütəxəssislər toplanır. Bu fabrik fəaliyyətə başladıqdan sonra Azərbaycan xalçaçılığının xammal problemi həll olunacaq. Biz artıq xaricə təmiz yun, yun iplik, təbii boyaq maddələrinin ixracına da başlaya biləcəyik.

- Hər bir müəssisənin inkişafı üçün peşəkarlara ehtiyac var. “Azərxalça” işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün hansı işləri görür?

- Rayonlarda “Azərxalça”nın təşkil etdiyi xalçaçılıq üzrə tədris-hazırlıq kursları fəaliyyət göstərir. Dərslər böyük iş təcrübəsinə malik peşəkar xalçaçılar tərəfindən aparılır. Tədris-hazırlıq kursları hanalarla, lazımi avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təchiz edilib. İndiyədək bu kurslarda hazırlıq keçmiş və artıq bu peşəyə tam yiyələnmiş toxucuların sayı 1500-dən çoxdur. Onlar cəmiyyətin yerli filiallarında daimi işlə təmin olunacaqlar. Qeyd etmək vacibdir ki, respublikamızın bölgələrində xalçaçılıq sənəti ilə məşğul olmaq istəyənlərin sayı kifayət qədərdir. Bu filiallar yaradılarkən hər bir rayonun yerli kadr potensialı nəzərə alınır.

- Vidadi müəllim, Azərbaycan xalçalarının beynəlxalq aləmdə təbliğatı istiqamətində hansı işlər görülür?

-Biz artıq ilk məhsullarımızı “Azərbaycan brendi” olaraq bu ilin yanvarın 14-dən 17-dək Almaniyanın Hannover şəhərində ənənəvi DOMOTEX beynəlxalq sərgisində, sentyabrın 10-dan 13-dək isə Nyu-Yorkda növbəti beynəlxalq xalça sərgisində təqdim etmişik. Bu tədbirlər zamanı əl ilə toxunmuş yeni Azərbaycan xalçalarına dünya bazarlarında böyük tələbatın olduğunu gördük. Bu isə “Azərxalça”nın istehsalı olan məhsulların yaxın gələcəkdə xarici ölkələrə intensiv satış imkanlarının mövcudluğunu göstərir.

- Xalçalarda tarixilik, yoxsa müasirlik prinsipinə üstünlük verilir?

- “Azərxalça”nın istehsalı olan xalçalar cəmiyyətin “Bədii yaradıcılıq və keyfiyyətə nəzarət” şöbəsinin xalçaçı-rəssamları tərəfindən hazırlanmış çeşnilər əsasında toxunur. Ölkəmizdə ilk dəfə olaraq qədim xalçalar əsasında yeni çeşnilərin elektron variantının hazırlanması və Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qrupları üzrə kataloqlaşdırılması da məhz burada həyata keçirilir. Daha çox dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları əsasında çeşnilərin hazırlanmasına üstünlük verilir. Hər bir çeşni öz-özlüyündə xalça haqqında ilkin informasiya bazasıdır. Çeşni kağızı üzərində xalçanın ölçüləri, sıxlığı, arğac və əriş iplərinin sayı, həmçinin istifadə olunan rənglər haqqında məlumat verilir. İndiyədək şöbədə 400-ə yaxın xalça çeşnisi hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib.

- Milli təqvimimizə peşə bayramları sırasına “Xalçaçı Günü” də daxil edilib...

- Bu gün xalçalarımız dünyanı dolaşır. Azərbaycan ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilib. Prezident İlham Əliyevin 2016-cı ilin noyabrın 25-də imzaladığı Sərəncama əsasən hər il mayın 5-i “Xalçaçı Günü” peşə bayramı kimi qeyd edilir. Bu Sərəncam xalçaçı əməyinə verilən yüksək dəyərdir. Dünya ölkələrinin heç birinin təqvimində belə bir tarixi gün təsis olunmayıb. Bu Sərəncamla Azərbaycan xalçaçısının tarixi hüquqları bərpa olundu və dünyaya “qədim xalçaçılıq sənətinin vətəni məhz Azərbaycandır” elan edildi. Xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək qeyri-mümkündür.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir