ELM VƏ TƏHSİL


Viki-mühitdə informasiya müharibəsi texnologiyaları ilə əlaqədar tədqiqatlar aparılır

Bakı, 16 oktyabr, AZƏRTAC

Viki-mühitdə informasiya müharibəsi texnologiyaları ilə əlaqədar tədqiqatlar elm sahəsi üçün yenilikdir.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib. Akademik viki-mühitdə informasiya müharibəsi texnologiyalarına dair dissertasiya işində təklif edilən yanaşmaların böyük praktik əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sektor müdiri İradə Ələkbərova dissertasiya işini təqdim edərək vikimetrik tədqiqatların müasir vəziyyəti, problemləri və tədqiqat obyektləri barədə danışıb. Qeyd olunub ki, dissertasiya işinin əsas məqsədi xalqların milli mənəvi dəyərlərinin, tarixi həqiqətlərinin qorunmasında, informasiya təsirində mühüm rolu olan “Vikipediya” virtual ensiklopediyasında informasiya müharibəsi təzahürlərini aşkarlamaqdır. Məruzəçi, həmçinin informasiya müharibəsində multimedia resurslarından səmərəli istifadə üçün metod və alqoritmin işlənməsi, onların yoxlanılması ilə bağlı görülmüş işlər, əldə olunmuş nəticələr haqqında məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.