ELM VƏ TƏHSİL


“Vikipediya” Metodik Mərkəzinin könüllüləri yeni məqalə yaradıblar

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən ingilisdilli “Vikipediya”da yeni məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalə xaricdə erməni diasporunun, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində təmsil olunan Anastas Mikoyanın təzyiqlərinə qarşı çıxış edən Azərbaycanın dövlət və siyasi xadimi Nazim Hacıyev haqqındadır.

İngilis dilində məqalədə Nazim Hacıyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş informasiya verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.