ELM VƏ TƏHSİL


“Vikipediya”da Əhməd bəy Ağaoğlu haqqında məqalə əsaslı redaktə olunub

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycandilli “Vikipediya”da türk dünyasının böyük şəxsiyyəti Əhməd bəy Ağaoğlu haqqında məqalə əsaslı redaktə olunub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalə əsaslı redaktə olunduqdan sonra azərbaycandilli "Vikipediya"da “seçilmiş məqalə statusu”nu alıb.

Məqalə ilə daha ətraflı linkdə tanış olmaq mümkündür.

Qeyd edək ki, bu ilin dekabrında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 ili tamam olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.