ELM VƏ TƏHSİL


“Vikipediya”da “Azərbaycan məktəbi” jurnalı haqqında məqalə yaradılıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Təhsil Nazirliyinin elmi-nəzəri, pedaqoji jurnalı olan “Azərbaycan məktəbi” haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə jurnalın fəaliyyət istiqamətləri, onunla əməkdaşlıq edən məşhurlar, nəşrin müstəqillik illərində fəaliyyətindən bəhs edilir. Qeyd edilib ki, jurnal 1924-1930-cu illərdə “Yeni məktəb”, 1930-1941-cü illərdə “Müəllimə kömək” adlanlandırılıb, 1943-cü ildən isə “Azərbaycan məktəbi” adı ilə dərc olunur. “Azərbaycan məktəbi” - pedaqoji mətbuat tariximizdə ən uzunömürlü akademik jurnal hesab olunur. Jurnal 95 il müddətində təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim edilməsində, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynayıb. Jurnalda elmi ictimaiyyət nümayəndələrinin, pedaqoqların, psixoloqların təhsilin aktual problemləri, fəlsəfəsi, tarixi ilə bağlı məqalələri dərc olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.