ELM VƏ TƏHSİL


“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yerləşdirilib

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində növbəti məqalələr yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə Qarabağ müharibəsi şəhidləri, milli qəhrəmanlarımız Yunis Nəcəfovun və İxtiyar Qasımovun həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.