ELM VƏ TƏHSİL
“Vikipediya”da Gəncənin tarixi, görkəmli şəxsiyyətləri və memarlıq abidələri haqqında məqalələr yaradılır
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan dili bölməsində Gəncə ilə bağlı məqalələr zənginləşdirilir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsində Gəncənin tarixi, mədəniyyəti, memarlıq abidələri və tanınmış şəxsiyyətləri ilə bağlı məqalələr yaradılır, genişləndirilir və redaktə olunur.
Qeyd edək ki, artıq YAP Gəncə şəhər təşkilatında “Vikipediya” təlimlərinə start verilib. Artıq partiyanın ofisində “Vikipediya” Metodik Mərkəzi fəaliyyət göstərir.