ELM VƏ TƏHSİL


“Vikipediya”da İsgəndər Aznaurov haqqında ingilis dilində məqalə yaradılıb

Bakı, 5 oktyabr, AZƏRTAC 

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında ingilis dilində məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə İsgəndər Aznaurovun həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilib.

Erməni işğalçılarının torpaqlarımıza basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə düşmənin dörd topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib. Düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıdıb. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl İsgəndər Aznaurov top atəşi ilə ermənilərin postunu məhv edir və bundan sonra düşmən onun başı üçün pul mükafatı da müəyyənləşdirir. O, Başkəndin erməni quldurlarından təmizlənməsində fəal iştirak edib, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikasını və canlı qüvvəsini məhv edib. İsgəndər Aznaurov 1993-cü il aprelin 18-də “Örükdaş”da gedən döyüşdə qəhrəmancasına həlak olub.

Məqalə ilə daha ətraflı https://en.wikipedia.org/wiki/Isgender_Aznaurov linkində tanış olmaq mümkündür.

“Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.