ELM VƏ TƏHSİL
“Vikipediya”da Milli Qəhrəman Ramiz Qəmbərov haqqında ingilis dilində məqalə yaradılıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Milli Qəhrəman, Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü Ramiz Qəmbərov haqqında ingilis dilində məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə döyüşçüsü Ramiz Qəmbərov həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilib. Qeyd edilib ki, onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. 1992-ci il aprelin 29-da erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru həmin döyüşdə iştirak edib. Bu döyüşdə cəsur komandir ağır yaralanıb və bir gün sonra dünyasını dəyişib.
Məqalə ilə daha ətraflı aşağıda qeyd edilən linkdə tanış olmaq mümkündür. https://en.wikipedia.org/wiki/Ramiz_Ganbarov