ELM VƏ TƏHSİL
“Vikipediya”da Naxçıvanla bağlı silsilə məqalələr yaradılır
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən
Naxçıvanın tarixi, coğrafiyası, arxeologiyası, mədəniyyəti, memarlığı, qədim sənətkarlığı, milli adət-ənənələri, musiqi alətləri, tarixi abidələri, görkəmli elm, mədəniyyət, ictimai-siyasi xadimləri haqqında sistemli şəkildə onlarla məqalələr yaradılıb və əsaslı şəkildə redaktə edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalələrdə bu qədim diyarın tarixi, milli adət-ənənələri, mətbəxi, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri haqqında məlumat verilib. “Vikipediya”da Azərbaycan dilində yerləşdirilən məqalələrdə, həmçinin Naxçıvanla bağlı maraqlı faktlar əksini tapıb.
Bu istiqamətdə “Vikipediya”da ardıcıl olaraq məqalə yaradılması prosesi davam etdirilir.