ELM VƏ TƏHSİL


“Vikipediya”da Qarabağ müharibəsində şəhid olan Axıska türklərinin siyahısı yerləşdirilib

Bakı, 14 noyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Qarabağ müharibəsində şəhid olan Axıska türklərinin siyahısı” adlı məqalə hazırlanıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalədə Qarabağda şəhid olan Axıska türklərinin adları və döyüş yolu haqqında məlumat verilib. Məqalə yazar Mövlud İşıkın “Axıskalı şəhidlər” kitabı əsasında hazırlanıb.

Məqalə ilə daha ətraflı linkdə  tanış olmaq mümkündür.

Qeyd edək ki, bu gün 1944-cü ildə Axıska türklərinin öz doğma torpaqlarından sürgün olunmasından 74 il keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.