ELM VƏ TƏHSİL
“Vikipediya”da böyük Azərbaycan şairi İmadəddin Nəsimi haqqında bolqar dilində məqalə yaradılıb
“Vikipediya”da böyük Azərbaycan şairi İmadəddin Nəsimi haqqında bolqar dilində məqalə yaradılıb
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Şəms Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşlığı çərçivəsində “Vikipediya”da böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi haqqında bolqar dilində məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, məqalədə Nəsiminin həyatı, yaradıcılığı və əsərləri haqqında ətraflı məlumat verilir.
Məqalə ilə daha ətraflı qeyd olunan linkdə tanış olmaq mümkündür:
Bu məqalə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli Sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində yaradılıb.